İranla Rusiyanın hərbi təlimi başladı

2268

İran və Rusiyanın Hind okeanının şimal hissəsində hərbi dəniz təliminə start verilib.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiyanın Tehrandakı Səfirliyinin mətbuat attaşesi Maksim Suslov yayıb.

Qeyd edək ki, İran ordusunun mətbuat xidməti bundan öncə təlimlərin 16 fevralında baş tutacağını açıqlamışdı. Təlimdə Rusiyanın “Stoykiy” korveti, “Kola” hərbi tankerini iştirak edəcəyi bildirilmişdi.