Hurriyyet.org xəbər verir ki, İran ordusunun mətbuat xidməti Hind okeanında Rusiya ilə birlikdə hərbi təlim keçirəcəyi barəsində açıqlama verib.
İran ilə Rusiyanın “Dəniz təhlükəsizliyi qurşağı” altında keçirəcəkləri birgə hərbi-dəniz təlimləri 16 fevral tarixində Hind okeanında başlanacaq.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Hind okeanında və Oman körfəzində Rusiya, İran və Çin birgə təlimləri keçirilmişdi.