“İranda hakimiyyətdən narazılıq görünməmiş həddə çatıb”

252

“İran ictimaiyyətinin hakimiyyətin siyasətindən narazılıq səviyyəsi görünməmiş həddə çatıb”.

Belə bir bəyanatla İranın eks-Prezidenti Mahmud Əhmədinejad çıxış edib.

“Bu gün narazılığın səviyyəsinin nə qədər yüksək olduğunu dərk etmək üçün küçəyə çıxmaq kifayətdir. Ölkədə bu cür gərginlik hələ heç vaxt müşahidə olunmayıb”, – eks-Prezident deyib.

Əhmədinejadın sözlərinə görə, rejimə qarşı çıxış edənlərin hamısını “inqilab düşməni” adlandırırlar. “Bu gün artıq bütün xalq etiraz edir. Məgər onların hər biri inqilabın düşmənidir?” – deyə eks-Prezident qeyd edib.O bildirib ki, əslində, inqilabın əleyhinə olanlar hakimiyyətdə ola-ola öz vəzifələrini yerinə yetirməyənlərdir.

Qeyd edək ki, Mahmud Əhmədinejad İrana 2005-2013-cü illərdə rəhbərlik edib.

Əhmədinejadın 2017-ci ildə Prezident vəzifəsinə namizədliyi İran Konstitusiya Keşikçiləri Şurası tərəfindən rədd edilib.

//virtualaz.org/