İran sanksiyalar ləğv edilmədən “5+1″ə qatılmayacağını açıqladı

123

İran sanksiyalar ləğv edilmədən “5+1” formatlı danışıqlara qatılmayacağını açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə danışıb.

“Sanksiyalar ləğv edilmədən İran “5+1” toplantılarında iştirak etməyəcək. ABŞ nüvə razılaşmasından çıxıb. İndi “5+1” yoxdur. “4+1″ var”, – deyə Xətibzadə bəyan edib.