İran səfiri Azərbaycan həbsxanaları barədə PAYLAŞIM ETDİ

159

“Azərbaycan həbsxanalarında 200 İran vətəndaşı var”.

Bu barədə İslam Respublikasının Azərbaycandakı səfiri Abbas Musəvi “Tvitter”də məlumat verib.

“Ədliyyə diplomatiyası” haştaqı ilə paylaşım edən İran elçisi tvitində yazıb: “İlin əvvəlindən bəri iki həbsxanada olarkən, həbsdə olan 200-ə yaxın vətəndaşımızdan 40-ı ilə görüşdüm. Onların əksəriyyəti səhlənkarlıq və ya aldatma ucbatından narkotik maddələri istifadə edənlərdir. Bütün məhbus həmvətənlərimlə görüşməyə çalışıram və səlahiyyətlilərlə sıx məsləhətləşərək onların köçürülməsini, əfvi və ya cəzalarının yüngülləşdirilməsini təşkil edirəm”. \\Yenisabah