İran Çinin hakimiyyəti altına düşəcək – İddia

18

Çin ilə imzalanan 25 illik razılaşmanı müsbət addım kimi dəyərləndirmirəm.

Bu sözləri İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Banisədr deyib.

O bildirib ki, bu müqavilə ilə İran Çinin hakimiyyəti altında düşür:

“Böyük xəyanətdir. İran bu müqavilə ilə Çinin hakimiyyəti altına keçəcək və dünyanın ən böyük supergücünə iddialı qüvvənin yaratdığı şəbəkənin sadəcə bir parçası olacaq”.

Qeyd edək ki, İranla Çin arasında 25 il müddətinə “Hərtərəfli strateji tərəfdaşlıq” haqqında saziş imzalanıb.\\Axar