İran böyük təhlükə qarşısında! Qapımızı döyə bilər

255

Hurriyyet.org xəbər verir ki, İran Prezidenti Həsən Ruhani ölkədə ciddi quraqlıq problemi ilə qarşılaşdıqlarını və su mənbələrinin yarıbayarı azaldığını bildirib, əhalini suya qənaət eləməyə çağırıb.

Ruhani deyib: “Bu il quraqlıqla qarşı-qarşıyayıq. Su mənbələrimiz demək olar ki, 50 faiz azalıb. Yay aylarının yaxınlaşdığı bu günlərdə yağış mövsümü də artıq bitməyə başlayıb. Su anbarlarımız da ötən ildə olduğu qədər dolu deyil. Bir çox su anbarlarımız isə boşdur. Buna görə su elektrik stansiyaları sektorunda da problemlərimiz yaranacaq”.

İran Prezidenti yaranmış problemlə əlaqədar suya ciddi şəkildə qənaət eləmək lazım gəldiyini söyləyib.

Böhranın ağıralaşacağı halda İranın qonşu dövlətlərdən yardım istəyə biləcəyi istisna edilmir.