İran BMT-nin bu qərarından məmnundur – Zərif

150

Trampın irəli sürdüyü və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməyən qətnamədən məmnunuq.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında yazıb.

“ABŞ Trampın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları qeyd-şərtsiz və tez bir vaxtda ləğv etməlidir. Vaşintonu nüvə anlaşmasını dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində yazılan öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – XİN rəhbəri bildirib.

Qeyd edək ki, Bayden administrasiyası ABŞ-ın ötən il BMT TŞ-yə İrana sanksiyaların uzadılması ilə bağlı təqdim etdiyi məktubları geri çəkib.