İran Avrasiya İqtisadi İttifaqına daxil olacaq

396

Hurriyyet.org xəbər verir ki, İran Avrasiya İqtisadi İttifaqına daxil olmağa hazırlaşır.

İran parlamentinin spikeri Mhəmməd Baqir Qalibaf Rusiyaya səfərdən Tehrana qayıtdıqdan sonra bu açıqlamanı verib.

Bundan əvvəl Avrasiya iqtisadi komissiyasının ticarət naziri Andrey Slepnev bildirmişdi ki, fevral ayında Avrasiya iqtisadi komissiyası daimi azad ticarət zonası yaratmaq üçün İranla danışıq aparacaq.

Müvəqqəti ticarət zonasının yaradılması ilə bağlı Avrasiya İqtisadi İttifaqı ilə İran arasındakı razılaşma 2018-ci ildə Astanada imzalanmışdı.

2015-ci il 1 yanvar tarixindən fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqının tərkibinə Qazaxıstan, Rusiya, Ermənistan, Belarus və Qırğızıstan daxildir. Sinqapur, Serbiya və Vyetnamla azad ticarət zonalarının yaradılması ilə bağlı razılaşmalar imzalanıb.