İrəvanın hücum ssenarisi: 4 hərbi bölük… – Fakt

48

Ermənistan hələ 2019-cu ildə Azərbaycana qarşı müharibəyə başlamaq üçün öz silahlı qüvvələri sırasında hücum hissələrinin yaradılması üzərində işləyirdi.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın 168.am nəşri yazır.

“Hər şey müdafiə naziri David Tonoyanın rəhbərliyi altında baş tuturdu. Hücum hissələri əlverişli şəraitdə müəyyən Azərbaycan ərazilərini nəzarətə götürməli idilər. Bu ideyanın şüarı “yeni müharibə, yeni ərazilər” idi”, – sayt yazır.

Sayta verilən məlumata görə, keçmiş müdafiə naziri 4 belə bölmənin yaradılmasına nail olub:

“Daha ixtisaslı hücum birləşməsini isə 3-cü ordu korpusunun komandanı general-mayor Qriqori Xaçaturov yarada bilib. Amma bir şey əksinə oldu. Bütün hazırlanmış bölmələr uğursuz oldu. Azərbaycan Ordusu 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyinin bütün planlarını alt-üst etdi”.