İrəvanın Bakı ilə gizli razılaşması bu yolla bağlıdır – Avinyan

783

Ermənistan hakimiyyətinin Azərbaycan ilə birbaşa, vasitəçisiz hər hansı bir mühüm razılaşması olmayıb. Sadəcə, bir dəfə tərəflər arasında razılaşma baş tutub və bu, Ermənistan Respublikasının dövlət sirridir. Bu barədə parlament tribunasından danışmaq yolverilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan deyib.

Onun sözlərinə əsasən, bu razılaşma Gorus-David Bek yoluna aid idi.

“Bu, mübahisəli bir ərazi idi və tərəflər bunu müzakirə etməli idi. Bu, İrəvan ilə Bakı arasında baş tutan mənim bildiyim yeganə razılaşmadır. Bundan savayı heç nə deyə bilmərəm. Bu, dövlət sirridir”, – deyə baş-nazirinin mavini bildirib.

Qeyd edək ki, Avinyanın bəhs etdiyi razılığa əsasən, Rusiya və Azərbaycan sərhəd qoşunları Gorus-Davit Bek yolunun bir hissəsində yerləşdirilib.