İrəvanda sürücü Qarabağ ermənilərini qovdu

201

Hurriyyet.org xəbər verir ki, keçmiş “hüquq müdafiəçisi” Ruben Melikyan öz “Feysbuk” hesabında İrəvan ermənilərinin Qarabağ ermənilərinə nifrət bəsləyiklərini, İrəvanda taksi sürücüsünün Qarabağ ləhcəsində danışan qadınları taksidən qovduğunu bildirib.

Melikyan sosial şəbəkədəki canlı müraciətində deyib: “İrəvan küçələrində bəzi adamlar Qarabağ ermənilərinə münasibətdə klassik irqçilik edirlər.

Qarabağdan olan iki erməni qadın taksidə öz ləhcələrində danışdıqları üçün taksi şoferi maşını saxlayıb, onları kobudluqla təhqir edərək, avtomobildən qovub”.