İrəvanda siyasi təqiblər bitmir: daha bir fəal həbs edildi

57

Ermənistan siyasi həbslər dayanmaq bilmir.

Axar.az xəbər verir ki, İrəvan məhkəməsi bu dəfə siyasi aktivist Ayk Yekimyanı həbs edib. Onun aprelin 22-də Ermənistan Baş Prokurorluğu binası qarşısında etiraz aksiyasında iştiraka görə həbs edildiyi vurğulanıb.

Qeyd edək ki, Ayk Yekimyan Daşnaksütyun Partiyasının Ali Orqanının nümayəndəsi Arçvik Minasyanın qohumudur.

Yekimyan keçən həftə Baş Prokurorluq qarşısında baş tutan mitinqdə iştirak etmişdi.