İnfeksionist: Virusu simptomsuz keçirən dərman qəbul etsə, xəstəxanalıq olacaq – VİDEO

96

“Koronavirusu simptomsuz keçirən şəxslər epidemik cəhətdən daha təhlükəli olduğu üçün mütləq özlərini təcrid etməli və sahə həkiminin nəzarətində olmalıdırlar.

Əks təqdirdə həmin şəxslərdə xəstəliyin ağırlaşması və xəstəxanaya düşmək riski yarana bilər”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

“Xəstəliyi yüngül keçirən şəxslər ev şəraitində vitamin və minerallarla zəngin qidalar qəbul etməli, antibiotiklərin istifadəsindən qəti çəkinməlidirlər. Koronavirusu simptomsuz keçirən
şəxslərə isə heç bir dərman preparatları təyin edilmir. Səhhəti orta-ağır olan xəstələr isə həkimlərin məsləhəti ilə antibiotik qəbul edə bilərlər. Amma son günlər müşahidə olunur ki, koronavirusu simptomsuz və yüngül keçirən şəxslər ehtiyat antibiotiklərdən istifadə edir. Buna görə onların səhhəti ağırlaşır və xəstəxanalara ağır vəziyyətdə daxil olurlar”, – deyə o bildirib.