İndoneziyada sel onlarla insanın ölümünə səbəb olub, itkin düşənlər var

108

Hurriyyet.org xəbər verir ki, İndoneziyanın Şərqi Nusa Tenqqara əyalətində şiddətli yağışların doğurduğu sel səbəbindən həlak olanların sayı 55 nəfərə çatıb.

Rəsmi açıqlamada dünən əyalətin Flores şəhərinin şərqində yerli vaxtla saat 11.00-da leysan yağışların selə səbəb olduğu, indiyə qədər 55 nəfərin cəsədinin tapıldığı bildirilir. Ən azı 42 nəfər itkin düşüb. 9 nəfər yaralı müalicə olunur.

Sel nəticəsində minlərlə insan qaçqına çevrilib, elektrik enerjisi kəsilib, bəzi yollar bağlanıb. Yüzlərlə ev zərər çəkib, axtarış və xilasetmə işləri davam edir. Ölənlərin sayının artması təhlükəsi  var.