“İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır” – Putin

867

“Üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir. Qan tökülməsini dayandırmağı, tam atəşkəsə nail olmağı və sabitləşmə prosesinə başlamağı bacardıq”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Davos forumunda çıxışında söyləyib.

“İndi beynəlxalq əməkdaşlıq qarşısında zərərçəkənlərə yardım göstərmək və qaçqınların geri qaytarılması, tarixi abidələrin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli məsələləri dayanır”, – o bildirib.