ÇİNDƏ VİRUSUN İKİNCİ DALĞASI – Yenidən karantin elan edildi

78

Hurriyyet.org xəbər verir ki, Çinin mərkəzində yerləşən, 640 min əhalisi olan Jia qəsəbəsi koronavirus üzündən yenidən karantin altında alınıb. Rəhbərlik gizli daşıyıcıların epidemiyanı yenidən yayacaqlarından narahatdırlar.

Jia qəsəbəsində qadının başqa bir şikayət üçün müraciət elədiyi həkimdən koronavirusa yoluxmasının aşkara çıxmasından sonra həkimdə xəstəliyin heç bir əlaməti olmadığı, bir çox şəxsin koronavirus daşıyıcısı olmasından xəbərsiz olduğu üçün belə bir tədbirin görülməsi qərara alınıb.

Jia qəsəbəsində yaşayanların yalnız xüsusi icazə ilə evdən çıxa biləcəkləri bildirilir.  Nəqliyyatdan istifadə məhdudlaşdırılıb.

Hurriyyet.org