İmişlinin polis rəisinin iddiası qəbul edilmədi

228

Hakim Məhbub Zülfüqarlının xeyrinə qərar verdi…

“Məhkəmədən çıxanda xəbər aldıq ki, rəis Füzuli Şıxəliyevi DTX-nın “ağ atlı oğlanları” keçmiş müavini Sahib Səmədovun  ifadəsi ilə əlaqədar istintaqa cəlb edib…”

“18.02.2021-ci ildə İmişli rayon məhkəməsində İmişli RPŞ-nin rəisi Füzuli Şıxəliyevin mənə qarşı 5-ci iddiasına baxıldı. İddiaçı və vəkili gəlməmişdi. Hakim cənab Ülvi Qənbərov Sizə müraciətimi nəzərə alıb, mənə bəraət verdi”. Bu fikirlər İmişli rayonu, L.Vəliyev küçəsi, 38 saylı evdə yaşayan, ADP İmişli RT-nın sədri Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən “Hürriyyət” vasitəsilə president İlham Əliyevə ünvanladığı növbəti müraciətdəndir.

Məktubda daha sonra vurğulanır: “Məhkəmədən çıxanda xəbər aldıq ki, rəis Füzuli Şıxəliyevi DTX-nın “ağ atlı oğlanları” keçmiş müavini Sahib Səmədovun  ifadəsi ilə əlaqədar istintaqa cəlb edib. Əgər F.Şıxəliyev, 30 ilin siyasətçisinə – mənə belə basqı göstərib, təhqir edibsə, görün İmişlidə nələr edib. Məsələn, 43 yerlik tikilmiş yaraşıqlı binadan yoxsullar, qazilər yox, onun kimilər necə ev alıb…

Keçmiş başçı V.Hacıyevlə bərabər Novxanı qəsəbəsində əzəmətli villasını qoruyan itinin aylıq xərci orta statistic azərbaycnlı ailəsinin xərcindən qat-qat çoxdur”.

Hazırladı: RƏŞAD

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.