İmişlidə qaz partlayışı: 3 nəfər ağır xəsarət aldı

249

İmişli rayonunun Sarxanlı kəndində fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.

Hadisə nəticəsində rayon sakinləri – 1961-ci il təvəllüdlü Atakişiyev Tahir Knyaz oğlu, 1963-cü il təvəllüdlü Atakişiyev Səfər Knyaz oğlu və 1960-cı il təvəllüdlü Atakişiyeva Ofeliya İdris qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA