İlham Əliyev yenilənmiş “Cəbrayıl” yazısının önündə – Video

123

Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Hurriyyet.org xəbər verir ki, səfər çərçivəsində ölkə başçısı Cəbrayıl rayonunun girəcəyində quraşdırılmış və işğaldan azad olunduqdan sonra yenilənmiş “Cəbrayıl” yazısının önündə foto çəkdirib.

Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” səhifəsində paylaşıb.