İbn Salman: “İranla yaxşı münasibətlər qurmaq istəyirik”

90

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ölkəsinin rəsmi televiziya kanalına müsahibəsində deyib: “İran bizə qonşu dövlətdir və onunla müsbət münasibətlər qurmağı arzulayırıq”.

Vəliəhd şahzadə deyib: “İranın rifah içərisində olmasını və aramızda qarşılıqlı mənfəətlərin olmasını istəyirik. Lakin İranın nüvə proqramı, bəzi region ölkələrində qanunsuz silahlı dəstələri dəstəkləməsi və ballistik raket proqramı kimi məsələlər bu ölkə ilə aramızda problemlər yaradır”.

İbn Salman bu problemlərin aradan qalxacağına və xoş münasibətlər qurulacağına ümidvar olduqlarını söyləyib.

Bayden iqtidarı ilə 90 faiz uzlaşma var

Vaşinqtonun Riyaddan üz çevirilib-çevirmədiyi ilə bağlı  sualın cavabında Salman deyib: “Hər hansı bir məsələdə bir anlaşılmazlığın olması tamamilə təbiidir. Səudiyyə Ərəbistanı ilə ABŞ Prezidenti Co Bayden iqtidarı arasında 90 faiz fikir birliyi var, bu anlaşılmazlıq faizi arta da bilər, azala da”.