İƏT-in Uqanda üzrə rəsmisi: “Azərbaycan üçün gücümüzü səfərbər edəcəyik”

108

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) olaraq Azərbaycanı siyası müstəvidə hər zaman dəstəkləmişik. BMT-nin Azərbaycanın lehinə qətnamələr qəbul etməsi üçün bütün siyasi gücümüzü səfərbər etmişik və bundan sonra da edəcəyik”.

Bu fikirləri İƏT-in Uqanda Respublikası üzrə rəsmisi Əhməd Kaueysa Siquando deyib.

Diplomat qeyd edib ki, İƏT-in 57 üzvü Azərbaycanın öz torpaqlarını erməni təcavüzündən xilas etməsinə görə xoşbəxtdir:

“Sülh məsələsi daimi olan məsələyə çevrilməli və öz torpaqlarını itirən insanlar tarixi vətənlərinə qayıtmalıdırlar. İƏT olaraq bundan sonra da çalışacayıq ki, Azərbaycana işğaldan azad olunan ərazilərdə bərpa və yenidən qurma işlərində yaxından kömək edək”. \\Publika