Husilər daha bir hökumət generalını ÖLDÜRDÜ

33

Mərib şəhərində Yəmən ordusu ilə husi qruplaşması arasında silahlı qarşıdurma baş verib.

İnsident zamanı Yəmən ordusunun generalı Emin əl-Vaili öldürülüb.

Yəmən Müdafiə Nazirliyi və Baş Qərargahının birgə bəyanatında bildirilir ki, Emin əl-Vaili hərbi təşkilatların yaradılması və inkişaf etdirilməsində xüsusi rola malik olub.

Onun Səda, Ümran, Mərib və əl-Cəvfdəki cəbhələrdə husi qruplaşması ilə yaşanan qarşıdurmada Yəmən ordusuna rəhbərlik etdiyi vurğulanıb.

Qeyd edək ki, fevral ayında da Mərib şəhərində husilərlə qarşıdurma nəticəsində Əhməd əş-Şərabi adlı general öldürülmüşdü. \\Axar