“Hüseynbala Mirələmov gözündən müalicə alır, əli ilə köməkçisindən kağız istəyirdi” — AÇIQLAMA

81
“İndicə Hüseynbala Mirələmovla danışdım, bir daha o qalmaqallı hadisəyə mövqeyini soruşdum… Bu FB-çilər onu əməlli-başlı çaşdırıblar”. 

Bu sözləri “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili özünün feysbuk hesabında yazıb.

O, daha sonra bunları qeyd edib:

“Hüseynbala müəllim mənə bir resept kağızı göndərdi: sən demə bir müddət imiş ki, gözündən müalicə alırmış, yəni uzağı görmə pisləşib, eynəksiz ətrafı tor görür. Konfrans zamanı isə o, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş, əli ilə həmin kağızı axtarırmış… Bunu da mərdimazarlar qeydə alıb sosial şəbəkələrdə pis mənada yayımlayıblar… Məsələ belədir!” \\Demokrat.az