Hindistanda faciə: 14 nəfər öldü, onlarla insan itkin düşdü – VİDEO

282

Hindistanın şimalında yerləşən Uttarakxand ştatında baş verən buzlaq uçqunu nəticəsində azı 14 nəfər həyatını itirib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Təxminən 170 nəfərin itkin düşdüyü qeyd olunur.

Hazırda təbii fəlakətin baş verdiyi ərazidə xilasetmə işləri davam etdirilir.