Hindistan prezidenti xəstəxanaya yerləşdirildi

147

Hindistan Prezidenti Ram Nat Kovind Nyu-Dehlidəki xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Hindistanın PTİ dövlət informasiya agentliyi məlumat yayıb.

“Hindistan prezidenti bu səhər sinə nahiyəsində ağrı hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. O, hazırda müayinədən keçir, həkimlərin nəzarəti altındadır”, – məlumatda bildirilib.