Həsən Ruhani: İran nüvə silahı hazırlamaq niyyətində deyil

216

Biz dəfələrlə bəyan etmişik ki, İran kütləvi qırğın silahı, o cümlədən nüvə silahı hazırlamaq niyyətində deyil.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani televiziya ilə çıxışında deyib.

O bildirib ki, İran “Nüvə silahının yayılmaması haqqında” müqavilənin iştirakçısıdır. Bu səbəbdən İran nüvə silahını hazırlamaq, saxlamaq və istifadə etmək fikrində deyil.

Prezident onu da nəzərə çatdırıb ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei kütləvi qırğın silahlarının haram olması haqqında fətva verib və bu tip silahların hazırlanmasını qadağan edib.

H.Ruhani diqqətə çatdırıb ki, İran nə dünən, nə bu gün, nə də gələcəkdə məxvi şəkildə nüvə fəaliyyəti ilə məşğul olmayıb və olmayacaq.