Hər gün qulağı masaj etsəniz, nə olar? – İNANILMAZ TƏSİRİ

60

Stress, narahatlıq, baş ağrısı, yorğunluq və ya artıq çəki… İndiki vaxtda bu problemləri yaşamayan insan demək olar ki, yoxdur.

Bioenergetiklər bu problemləri bədənin müxtəlif nahiyələrindəki nöqtələri masaj etməklə aradan qaldırmağın mümkün olduğuna inanır. Onlar iddia edir ki, qulaq masajı bədən üçün olduqca effektivdir.

Qulaq masajının xroniki bel ağrısı olanlarda ağrıları azaltdığını müəyyənləşdirmək üçün test edilib. Nəticələr göstərib ki, bu sadə masaj narahatlığı azaltmaqda təsirlidir.

Ağrıkəsicilər sağlamlığınıza ciddi təsir göstərir, lakin qulaq masajı zərərsizdir! Daha yaxşı təsir göstərmək üçün nanə çayı və qulaq masajı kimi təbii vasitələri sınayın. Üstəlik, mütəmadi olaraq tətbiq edildikdə masajın daha sürətlə arıqlamağa təsir etdiyi sübut edilib.

Qulaq masajı sakitləşdirici təsir göstərir, odur ki, yatmazdan əvvəl özünüzü rahatlaşdıra bilərsiniz. Masaj yuxusuzluğu tamamilə aradan qaldırmağa kömək etməsə də, bədəni sakitləşdirir. Ayıq olmaq üçün səhər qəhvə içməyi unutmaq olar! Bunun əvəzinə qulaqlarınızı bir az daha sürətlə ovuşdurmağa çalışın.

Qulaqlarınızın sinir uclarını stimullaşdırmaq beyindəki bəzi mərkəzləri aktivləşdirə bilər, bu da yorğunluğu aradan qaldırmağa kömək edəcək. \\Publika.az