Həmsədrlər Qarabağdan niyə əl çəkmir…

114

Minsk qrupu Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə keçirdiyi görüşlə bağlı bəyanat yayıb. Müharibədən sonra ilk və iki cümləlik bəyanat həmsədrlərin fəaliyyətinin artıq əvvəlki kimi olmayacağını göstərir:

– Vasitəçilik prosesinin üsulları;

– ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu;

Görüşdə bu iki məsələ müzakirə olunub: vasitəçilik prosesinin yeni üsulları, o cümlədən, ATƏT sədrinin şəxsi nümayəndəsinin, saqqalını bu vəzifədə ağardan və deyəsən karyerasını da burda bitirməyi düşünən Anjey Kaspşikin bundan sonra rolunun (?) nədən ibarət olacağı axtarılır.

Müzakirə edilən məsələlərin iki tərəfi var:

Müsbət tərəf…

  • Rəsmi Bakının həmsədrlərin fəaliyyətinə artıq ehtiyac olmadığı mövqeyi üstünlük təşkil edir;
  • Rusiyadan sonra digər iki həmsədr ölkə – ABŞ və Fransa da münaqişənin həll edildiyi reallığını qəbul edir;
  • Qeyri-rəsmi olaraq Türkiyənin münaqişənin həllindəki rolu ilə barışırlar;

Mənfi tərəf…

  • İki həmsədr ölkə – ABŞ və (daha çox) Fransa münaqişənin həllindən kənarda qaldıqları üçün “status” məsələsi üzərindən çıxışlara davam edə bilər;
  • Digər iki həmsədr ölkənin belə mövqeyi Rusiyanın Bakı və Ankaranın qarşısında əlini gücləndirir, həm bölgədə öz “vacibliyini” göstərmək, həm də masada daha münasib “alternativ” kimi çıxış etmək baxımından…

Asif Nərimanlı

/modern.az/