Həkimlər “AstraZeneca” peyvəndinin saxlanılma və istifadə qaydaları ilə bağlı məlumatlandırılıb

51

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Elmi-tədqiqat və təhsil departamentinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” çərçivəsində tibbi heyətin bilik və bacarıqlarının daha da artırılması məqsədilə növbəti təlim baş tutub.

TƏBİB-dən verilən məlumata görə, təlimdə çıxış edən TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ölkədə aparılan vaksinasiya prosesi və dövlət tərəfindən COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində görülən işlər haqqında geniş məlumat verib. F.Əliyeva peyvəndləmə prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün TƏBİB tərəfindən bütün zəruri tədbirlər görüldüyünü xüsusi qeyd edib.

Eyni zamanda TƏBİB-in əməkdaşları tərəfindən tədbirdə iştirak edən Bakı və Abşeron xəstəxanalarının həkim və tibb bacılarına “Vaxzevria” peyvəndinin (“AstraZeneca”) saxlanılması qaydaları və istifadə edilməsi haqqında ətraflı məlumat verilib.