Gürcüstanın yeni baş naziri: “Azərbaycan dostumuz və tərəfdaşımızdır. Əliyev müdrik dövlət başçısıdır”

315

Hurriyyet.org xəbər verir ki, Gürcüstanın yeni Baş naziri İrakli Qaribaşvili vəzifə başına gələndən sonra ilk səfərlərindən birini Azərbaycana edəcəyini bildirib. Bu barədə məlumatı Qaribaşvili parlementə müraciətində verib. Qaribaşvili Azərbaycanın Gürcüstanın yaxın dostu və strateji tərəfdaşı olduğunu söyləyərək deyib: “Azərbaycana müdrik lider – cənab İlham Əliyev rəhbərlik edir. Mənim onunla çox gözəl münasibətim var”.

Qaribaşvili pandemiya məhdudiyyətlərinin yaratdığı vəziyyətdə imkan olan kimi Azərbaycana yola düşəcəyini bildirib.