“Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” – Mövlut Çavuşoğlu

54

“Qara dənizdə sülhün davam etməsini və artan gərginliyin sona çatmasını istəyirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində yazıb.

Nazir Buxarestdə keçirilən Türkiyə, Gürcüstan, Polşa, Rumıniya və Ukraynanın xarici işlər nazirlərinin görüşündə diplomatiyanın və müzakirələrin vacibliyini vurğuladıqlarını bildirib: “Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.