Gürcüstanın İqtisadiyyat və İnkişaf Naziri Natiya Turnava: “Şahdəniz yatağından Gürcüstana pulsuz qaz təchizatı artır”

771

Gürcüstanın İqtisadiyyat və İnkişaf naziri Natiya Turnava, Gürcüstanın Cənub Qaz Dəhlizi layihəsində iştirakını şərh edərkən, “Şahdəniz qaz yatağından pulsuz qaz ”ın həcminin artması Gürcüstan və xalqımız üçün əsas rifah qaynağıdır. Bu təchizat həcmi ildən-ilə artır və enerji müstəqilliyimizi gücləndirir”, deyə bildirdi.

Natiya Turnavanın bu il onlayn keçirilən “Cənub Qaz Dəhlizi Məşvərət Şurası”nın nazirlər iclasında iştirak etdiyi tədbiri Azərbaycan prezidenti İlham Əliyev açıb. Gürcüstanın iqtisadiyyat naziri “Cənub Qaz Dəhlizi: Nailiyyətlər, TAP Layihəsinin tamamlanması və Azərbaycandan Avropaya qaz tədarükünün başlanması” adlı plenar iclasda çıxış etdi. Onun sözlərinə görə, bu il nazirlər görüşü ən uğurlu görüşlərdən biridir, çünki planlaşdırılan hər şey həyata keçirilmişdir.

Nazir Xəzər qazının hazırda Gürcüstan ərazisindən Avropaya tədarük olunmasını tarixi enerji hadisəsi adlandırdı.

Cənub Qaz Dəhlizi genişlənəcək və Balkan bölgəsinin də qazla təminatına xidmət edəcək. Təchizat artımından sonra TAP-ın ümumi tədarük tutumu 20 milyard kubmetr, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tutumu isə 31 milyard kubmetr olacaq. Ümumilikdə, Cənubi Qafqaz qaz kəmərinin tutumu genişləndirildikdən sonra 30 milyard kubmetrə çatacaq.

Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarətdir – Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBKG), Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP).

Tərcümə etdi: Ülviyyə Şükürova