Gürcüstanda Qarabağda məhv edilmiş erməni terrorçuların xatirəsi yad edildi

966

Separatçı əhval-ruhiyyəyə yoluxmuş Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki yerli erməni əhalinin yeni ili qeyd etməsi təxribatsız ötüşmədi. “Cavaxk” separatçı teleqram kanalı (https://t.me/jvkhk1/73) bu barədə açıq bəyan etdi:

“Ninotsminda bələdiyyəsinin sakinləri Vətəni müdafiə edərək şəhid olan qəhrəmanların şərəfinə havaya fənərlər buraxdılar. Daim var olun!”.

Aydındır ki, erməni “Cavaxk” separatçılarının kimləri “qəhrəman” hesab edirlər: özlərinə aid olmayan Azərbaycan torpağında qeyri-qanuni döyüşə gedən terrorçular və muzdluları. Öldürmək, etnik təmizləmə, terror aktları və təxribat törətmək üçün Gürcüstanla dost dövlətin ərazisinə getdilər.

300 mindən çox qaçqının hələ də evlərinə dönə bilmədiyi və ərazilərin 20% -dən çoxunun işğal olunduğu Gürcüstan üçün terrorçu döyüşçülərə belə ehtiram küfr kimi görünür. Üstəlik, eyni silahlılar 1992-1993-cü illərdə Abxaziyada mülki gürcü əhalisini öldürmüşdülər.

Separatçılar üçün “qəhrəmanlar”, lakin beynəlxalq hüquqa görə muzdlular və terrorçular Qarabağda  Vətən Müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv edildi. Düzdür, hamısı deyil. Terrorçuların bir hissəsi Qarabağı tərk etdi və artıq Gürcüstana köçdü.

Cavaxk teleqramlarında yayımlanan məlumata görə, separatçılar Gürcüstanı vətən hesab etmir. Onlar üçün “vətən” həm Azərbaycan Qarabağını, həm də Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini əhatə edən “Böyük Ermənistan”dır. Özlərinə aid olmayan yad torpaqlarda məhv edilmiş yaraqlıların separatçılığıa yoluxmuş Gürcüstan bölgəsində belə hörmətlə yad edilməsi məhz separatçıları yenidən səfərbər etmək üçün hazırlanmışdır.

Tərcümə etdi: Ülviyyə Şükürova