Gürcüstan Azərbaycan və Türkiyəyə qarşı səlib yürüşünün iştirakçısı…

186

Ermənilərin türk kökənli insanlara qarşı etnik təmizləmə etdiyini bilirik, amma bu dəfə eyni silah gürcülərə qarşı da çevrildi. Əcaba Salome Zurabişvili erməni həmkarı Armen Sarkisyana sülh şüarları səsləndirəndə və gürcü dövlətinə tabe deputatlar Azərbaycanın əleyhinə, Ermənistanın lehinə səs verəndə bu məqamları nəzərə alırlarmı? 

Ermənilərin millət kimi formalaşmasının təməlində yatan əlamətdar təqvim günü “24 aprel”də Gürcüstan yenidən Abxaziya faciəsini və bölgənin dinc gürcülərin soyqırımını yad etdi. Tbilisidəki Müqəddəs Üçlük kilsəsində Abxaziyada 1992-93-cü il müharibəsində itkin düşmüş hesab olunan 13 gürcünün qalıqları gətirildi və anım mərasimi təşkil edildi. Mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və hökumət üzvləri iştirak etdi. Ölkənin Barışıq və Vətəndaş bərabərliyi üzrə naziri Teya Axvlediani, “Hazırkı mərhələdə 2300-dən çox insan itkin sayılır, 206 nəfərin qalıqları ailələrinə təhvil verilib” deyə bildirdi. Bu, Abxaziyada öldürülən, adları məlum olan 20 min gürcüdən əlavə, qaçqın düşmüş və hələ də evlərinə dönə bilməyən 300 mindən çox gürcüdən əlavə gürcülərin sayıdır. Bu qırğında abxazları separatçılıq virusuna yoluxduran ermənilərin xeyli əməyi oldu. Xüsusilə də Bağramyan batalyonundan olan ermənilərin. Aprelin 23-də Samtsxe-Cavaxetiyada, Axalsixe, Axalkalaki və digər yaşayış yerlərində erməni separatçılarının mifik “1915-ci il soyqırımı” ilə üst-üstə düşən “məşəl yürüşləri” baş tutdu. Və ən pisi də odur ki, yürüşdə Ermənistanın bayraqları ilə yanaşı separatçıların “Artsax” bayraqları da var idi. Separatçı Abxaziyanın və Cənubi Osetiyanın sözdə “müstəqilliyini” tanıyan “Artsax”. Ertəsi gün, həqiqi gürcü vətənpərvərlərini qıcıqlandıran separatçı bayraqlarla eyni təxribatçı aksiya Tiflisdə keçirildi. Erməni “Javak” separatçıları Gürcüstan qanunlarını ciddi qəbul etmirlər. Gürcüstanın adi vətəndaşları tibbi maskasız küçələrə çıxdıqlarına görə cərimə olunursa, separatçıların bayraqlı, maskasız məşəl yürüşünün iştirakçılarına polis dəyib-dolaşmır.

Burada bir haşiyə çıxaraq deyək ki, 24 aprel 2021-ci il tarixində ABŞ Prezidenti Co Bayden 1915-ci ildə Osmanlı İmperiyasındakı hadisələrdən danışarkən “soyqırım” sözünü işlətdiyinə toxunmaq xüsusilə vacibdir. Əlbətdə ki, Badenin çıxışını hazırlayanların anlayışındakı “soyqırım” ifadəsi yalnız ermənilərə aid idi. Co Bayden Osmanlı İmperatorluğunun müsəlman əhalisi arasında daha böyük qırğınlar, qurbanlar olduğunu xatırlatmadı. Ən azından Rusiya İmperiyası dönəmində-1914-1915-ci illərdə rus  qoşunları və erməni daşnak dəstələrinin Acarıstandakı Gürcüstan müsəlmanlara qarşı törətdikləri soyqırımı xatırlamaq kifayətdir. Co Baydenin “erməni soyqırımı” ilə bağlı sözləri, erməni separatçıları  və “Cavaxk” separatçılarını “sevinc isteriyası”na saldı. “Sevinc içində” yenidən mifik xəritələrini dərc etməyə başladılar. Samtsxe-Cavaxetini və “Vilson Ermənistanı”nı xəritəyə qatdılar. “Şimali Artsax” adlanan erməni millətçi teleqraf kanalında sözügedən xəritə barədə yazı da getdi. Xəritənin altında isə “Danışıq şərtləri” – ehtimal ki, ermənilərin qonşuları ilə danışıqları nəzərdə tutulur-açıqlanır:

1) Bütün torpaqlarımızın qaytarılması (xəritədə göstərilir) -Gürcüstanın Samtsxe-Javxeti də daxil olmaqla.

2) Bütün qoşunların bu ərazidən çıxarılması.

3) Digər millətdən olan əhalinin bu torpaqlardan çıxarılması.

4) Türkiyədə soyqırımı inkar edənlər barədə ölüm hökmü olmalıdır.

Ermənilərin türk kökənli insanlara qarşı etnik təmizləmə etdiyini bilirik, amma bu dəfə eyni silah gürcülərə qarşı da çevrildi. Əcaba Salome Zurabişvili erməni həmkarı Armen Sarkisyana sülh şüarları səsləndirəndə və gürcü dövlətinə tabe deputatlar Azərbaycanın əleyhinə, Ermənistanın lehinə səs verəndə bu məqamları nəzərə alırlarmı?

Digər tərəfdən Rusiya tərəfindən -əslində isə Rusiyada “Yeni Dənizkənarı Ermənistan” layihəsinin müəllifləri olan erməni lobbisi tərəfindən- Abxaziyanın faktiki ilhaqı “finiş mərhələsi”nə çatır. Erməni lobbisi Rusiyanın-hələlik Rusiyanın-tərkibindəki Krasnodar diyarı və separatçı Abxaziyadan ibarət Qara dəniz sahili dövləti olan Yeni Ermənistanın qurulmasını tamamlamaq üzrədir.   Fürsətdən istifadə edən erməni lobbisi Abxaziyanın Rusiya Federasiyası tərəfindən faktiki birləşdirilməsini həyata keçirmək üçün Rusiya Prezidenti Vladimir Putinin “sadiq dəstəyinə” əsaslanır. Bu taktika bir vaxtlar Osmanlı dövlətindəki “sadiq millət” dəst-xəttinin davamıdır. Buna görə, Vladimir Putinin Rusiya Federasiyası Federal Məclisinə müraciət etdiyi gün – 21 aprel 2021 – Suxumidə Vladimir Putini dəstəkləyən ictimai qərargah iclasının keçirilməsi simvolikdir. Ermənilər Abxaziyanın açıq işğalında Tiflisi necə neytrallaşdırırlar. Fransa ilə. Ermənilərin Fransa üçün nə demək olduğunu bilirik. Xüsusilə də prezidentin və ölkə iqtisadiyyatının faktiki aid olduğu əlin – Bidzina İvanişvilinin bundan öncə Fransa vətəndaşı olduğunu göz önünə alarsaq Avropanın lideri kürsüsünə Almaniya ilə rəqabət halında olan Parisin Rusiya ilə işbirliyi halında olduğunu da əlavə etsək Gürcüstanın gələcək üçün  proqnozu heç ürəkaçan deyil.

Bir çox erməni və ermənipərəst “analitik”lər açıqca yazır ki, indi Gürcüstan üçün həyati əhəmiyyət kəsb edən Türkiyə ilə ortaq iqtisadi layihələrə mane olmaq üçün gürcü rəsmilərinə təzyiqləri artırmağın vaxtı gəldi. Üstəlik, erməni separatçılarının arqumenti belədir: ABŞ Gürcüstan üçün “təhlükəsizliyin qarantı” rolunu oynadığı üçün gürcü tərəfi “erməni soyqırımında günahkar” olduğu iddia edilən Türkiyə ilə işbirliyini pozmaq üçün əllərindən gələni etməlidirlər. Yəni ABŞ-ı razı salmaq üçün Türkiyə ilə projelərdən imtina etməlidirlər, Ankaranı da incik salmalıdırlar. Vəziyyətdən qazanclı çıxan tərəf isə ermənilər olmalıdırdlar. Gürcüstan özünü deyil, erməniləri düşünməlidir. Dövlət ağlı isə provokasiyalara uymayacaq qədər ayıq olmalıdır. Türkiyə-Azərbaycan siyasətinin inteqrasiya müstəvisində hərəkətini izləmək Türkiyəyə qarşı yönəlmiş addımın Azərbaycana , Azərbaycana qarşı yönəlmiş addımınsa Türkiyəyə qarşı düzənləndiyini görməyə kömək edir. Elə isə Azərbaycana qarşı səsvermə nə anlama gəlir?

Bütün bu deyilənlər həyəcan siqnalına səbəb olmaya bilməz. Hələ ölkənin kifayət qədər böyük əraziləri işğalda olan Gürcüstanın hərəkətləri “öz ayağına güllə vurmağa” gətirər. Avropa Şurasının yaz sessiyasında Ermənistan nümayəndə heyətinin Azərbaycanda saxlanılan diversantlarla bağlı məsələni gündəliyə çıxarması və Gürcüstan deputatlarının Azərbaycan əleyhinə səs verməsi rəsmi Tiflisin Azərbaycana qarşı qərəzli siyasətinin təzahürü sayıla bilər. Çünki bu addım hakimiyyətlə razılaşdırılmadan atıla bilməzdi. Yəqin forpost olmağın nəticəsidir ki, müstəqil dövlət siyasəti ənənəsinin zəifləməsinin nəticəsi kimi, aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Ermənistanın 2-ci Qarabağ müharibəsində əsir düşmüş erməni diversantlarının geri qaytarılmasını əks etdirən qətnamənin səsverməsində Gürcüstanın AŞPA-dakı heyəti sənədin lehinə səs verdi. Yəni Azərbaycanın əleyhinə. Bəlkə də bu Azərbaycana qarşı qısqanclığın fonunda qərəzlə verilmiş qərar oldu.  Bu diversantların taleyini ilk öncə Rusiyanın Xankəndindəki “sülhməramlı” missiyasının başçısı Rüstəm Muradov həll etməyə təşəbbüs etmişdi və dövlətimizdən, XİN rəhbəri Ceyhun Bayramovun-“bu məsələ bitmişdir” sözü ilə  cavab almışdı.

Gürcüstan hakimiyyətinin tapşırığı ilə Azərbaycana qarşı səs verilməsı, onun ərazi bütövlüyünü qəsb edən Rusiyanın strateji müttəfiqi Ermənistanı dəstəkləməklə  balans siyasətinin üstündən xətt çəkdi. Bəs Gürcüstan hakimiyyəti Azərbaycana qarşı bu avantürist addımı ilə nəyi sərgilədi? Rəsmən Qərbin forpostu olduğunu. 2008-ci ildə onu Rusiyanın “şapalağı” qarşısında tək qoyan, mühüm ərazilərinin işğal edilməsinə səbəb olan Qərbin. Gürcüstan bu gün Azərbaycan və Türkiyənin dəstəyi ilə ayaqdadır. 2021-ci il 23 apreldə, Gürcüstanın Azərbaycana qarşı Ermənistana “pas verməsi”ndən 3 gün əvvəl Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu öz tvitter səhifəsində “Biz Qara dəniz bölgəsində sülh və artan gərginıiyin sona çatmasını istəyirik” deyə paylaşım etdi. Türkiyə, Gürcüstan, Polşa, Rumıniya, Ukraynanın XİN başçılarının Buxarestdə keçirilən görüşündə Çavuşoğlu diplomatiya və müzakirənin əhəmiyyətinin qeyd etdi. Bu da Türkiyənin mövqeyi…

Gürcüstanda gedən siyasi fəaliyyətlərin tənzimlənməsinə, siyasi təşkilat və qüvvələrin çəkişmələrinin ortaq məxrəclə sonuclanmasına da Qərb düzəlişlər verir və yönəldir. Ölkə rəhbərliyi aylardan bəri sürən siyasi böhrana ABŞ səfirliyi tərəflərin Avropa Şurası başçısı Şarl Mişelin vasitəçiliyi ilə son qoyulması barədə əldə etdikləri razılığı məmnuniyyətlə qarşıladı. Səfirlikdən verilən açıqlamada qeyd edilirdi ki, bu razılaşma hər tərəfdən çətin güzəştlərə getməyi tələb edirdi.

“Bu hər şeydən əvvəl, demokratik qurumların qurulması və qanunun aliliyinin gücləndirilməsi istiqamətində intensiv işlərin aparılması üçün gürcü xalqına qarşı siyasi cəsarət və bağlılıq tələb edirdi.  ABŞ bu razılaşmanın məqsədlərinin təmin olunmasında parlamenti dəstəkləməyə hazırdır. Hər zaman olduğu kimi, ABŞ Gürcüstanı avroatlantik millətlər ailəsi ilə tam inteqrasiya yolunda dəstəkləməyə hazırdır”deyildi.

Vaşinqton “fərdi millət vəkilləri və digər partiyalara” -Saakaşvilinin “Vahid Milli Hərəkat”ını və ondan qopmuş “Avropa Gürcüstanı”nı nəzərdə tutur- bu müqaviləni imzalamağı təklif edir. Bu, “Gürcüstanın tam işlək parlamentdəki seçilmiş nümayəndələrin ölkənin qarşısında duran təcili məsələlər üzərində birlikdə çalışmağa başlaması üçün” lazımdır”, deyən ABŞ səfirliyinin hadisələrin önündə getdiyini, idarə etdiyini, Tiflisin Avropa və ABŞ-ın  dirijorluğu yönündə siyasət yürütdüyünü, artıq forpost olma prosesinin tamamlandığını ortaya qoyur… Üstəlik istiqamət strateji tərəfdaş adlandırılan qonşulara badalaq vurmağa qədər gedəcək.

Ülviyyə Şükürova