Günorta tez-tez əsnəyirsinizsə, sizdə BU XƏSTƏLİKLƏR ola bilər

90

Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxa bilər.

Bu haqda tanınmış rusiyalı həkim-nevroloq Olqa Qolubinskaya məlumat verib.

Həkim bildirib ki, günorta vaxtı tez-tez əsnəmə insanda psixi pozulmalar (nevroz, depressiya və s.) və ürək çatışmazlığına işarə edə bilər.

Həkim bildirib ki, bu zaman digər simptomlara da fikir vermək lazımdır:

– yaddaşın zəifləməsi

– diqqətin pozulması

– baş ağrıları

– səbəbsiz zəiflik, halsızlıq

– əhvalın tez-tez dəyişilməsi və s.

Əsnəmə bu simptomlarla da müşayiət olunursa vaxt itirmədən həkimə müraciət etmək lazımdır. \\Saglamolun