Günel Gözəlova işdən çıxdı

273

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova işdən çıxıb.

Axar.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

“Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!”, – G.Gözəlova qeyd edib.