Güllələnən senator, ölkə prezidenti seçilən dul qadın, dirəşən Markos – Akino ailəsinin savaşı və zəfəri

297

Siyasətə gənc yaşlarından böyük maraq göstərsə də, o, 40 yaşına qədər evdar qadın kimi ailə qayğıları ilə məşğul olub, 5 övlad – 4 qız, 1 oğul böyüdüb. Bununla yanaşı, Korason Akino senator olan həyat yoldaşı Beniqno Akinoya da bütün işlərində köməklik göstərib, onun ən yaxın məsləkdaşına çevrilib.

Məhz bu ərəfədə, 1970-ci illərdə onların yaşadığı ölkədə, Filippində Ferdinand Markosun diktarura rejimi hökm sürüb. Bu qanlı rejim Akinolar ailəsinə də faciələr yaşadıb. Amma sonda Korason Akino siyasi meydanda qələbə qazanaraq tarixə Asiyanın ilk qadın prezidenti kimi düşüb.

Korason Akino 1933-cü ildə Filippinin Tarlak əyalətində zəngin bir ailədə dünyaya gəlib. Kifayət qədər maddi imkanlara malik olan ailə övladlarının təhsili üçün vəsaitlərini əsirgəməyiblər. Korason Akino orta təhsilni başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarında ali təhsil alıb. Daha sonra təhsilini Filippin universitetində davam etdirib.

f4b19b62077930b64eda5c7a456994be.nf4b19b62077930b64eda5c7a456994be.jpg (88 KB)

Korason Akino 1954-cü ildə, 21 yaşında Beniqno Akino ilə ailə həyatı qurub. Beniqno Akino gənc yaşlarından siyasətlə məşğul olub. O, 1955-ci ildə Konsepson şəhərinin meri, daha sonra Tarlak əyalətinin qubernatoru vəzifəsində işləyib. 1967-ci ildə isə senator seçilib. Mövcud dövrdə Beniqno Akino ən ciddi müxalif siyasi fiqurlardan biri sayılıb və böyük nüfuza malik olub. Təbii ki, onun mövqeyi diktator prezident Ferdinand Markosu ciddi narahat edib. Bu narahatlığı aradan qaldırmaq və növbəti prezident seçkilərində qələbə qazanmaq üçün Ferdinand Markos 1973-cü ildə ölkədə hərbi rejim tətbiq edib, üzdə olan müxalifətçilərin həbs olunmasını göstəriş verib. Bu siyahıda başda Beniqno Akinonun adı əks olunub.

КОРАСОН АКИНО 2.jpg (92 KB)

B.Akino 7 il həbsxana həyatı yaşayıb. Bu ərəfədə onun işlərini Korason Akino davam etdirib. Yalnız ABŞ prezidenti Cimmi Karterin müdaxiləsindən sonra Akino həbsdən azad edilib və ailəsi ilə birlikdə ölkədən çıxarılıb. 1983-cü ildə o, Filippinə qayıtmaq üçün ölkə rəsmilərindən razılıq almağa müvəffəq olub. Bu razılığın arxasında isə Markosun məxfi tapşırığı, növbəti cinayəti dayanıb. Belə ki, Filippinə qayıdan Beniqno Akino Manila elə hava limanında güllələnib.

Bu qətldən bir ay sonra Korason Akino bütün maneələrə baxmayaraq, Filippinə qayıdıb və birləşmiş müxalifət qüvvələrinə rəhbərlik edib. O, 1986-cı ildə prezident seçkilərinə qatılıb. Seçki ərəfəsində Korason Akinonun tərəfdarlarına ciddi təzyiqlər olub, növbəti qətl hadisələri törədilib, seçki saxtakarlıqlarına yol verilib və Ferdinand Markos yenidən prezident seçilib. Amma kütlələrin ayağa qalxması, Müdafiə Nazirliyi və ordunun Korason Akimo tərəfinə keçməsi Markosun hakimiyyətinə son qoyub.

Rating_Isabela_Peron600.jpg (106 KB)

Maraqlı məqamlardan biri odur ki, 25 fevral 1986-cı ildə Filippin paytaxtınının iki yerində inauqurasiya mərasimi keçirilib. Birində Ferdinand Markosun, digərində Korason Akimonun. Markosun tədbirində öz yaxın ətrafından başqa heç kim iştirak etməyib. Dövlət rəsmiləri və büyük insan kütlələri isə Akinonun inauqurasiya mərasiminə qatılıblar. Elə həmin gün ölkədəki gərginliyi və ona qarşı ediləcək təzyiqləri anlayan Ferdinand Markos ailəsi birlikdə ölkəni tərk edərək ABŞ-a qaçıb.

TjEb4BR1w5SK2r0znVHJtS-Y4xhOr3_2YxVI9BkIPm4wT8nvMDcD-Y_5iE9zYmh4ZsxPkQfAC6mvyNipKRbXDolYiIXtpcaio6nM3Kb7toQ5IhpImqhTne2DRJSXAcIB.jpg (29 KB)

Beləliklə, 25 fefral 1986-cı ildən Korason Akino prezident kimi fəaliyyətə başlayıb. Onun hakimiyyətə gəlişi demokratik islahatların başlanğıcı kimi qiymətləndirilib. O, Markosun diktatura rejiminə xidmət edən bütün sərəncam və qərarları ləğv edib. Elə həmin il, Korason Akino “Time” jurnalı tərəfindən “ilin qadını” elan edilib.

Korason Akino altı illik hakimiyyəti dövründə məhkəmə, aqrar, təhsil, konstitusiya sahələrində ciddi islahatlar aparıb, ölkədəki siyasi məhbusları həbsdən azad edib.

Gördüyü bütün işlərə baxmayaraq, Korason Akino hakimiyyət və vətəndaş həmrəyliyinə tam nail ola bilməyib. Onun altı illik hakimiyyəti dövründə yeddi dəfə hərbi çevrilişə cəhd edilib.

329297.jpg (98 KB)

Korason Akino əvvəlcədən də bəyan etdiyi kimi,1992-ci ildə keçirilən prezident seçkilərinə qatılmayıb. O, özü tərəfindən namizədliyi irəli sürülən müdafiə naziri Fidel Ramosu dəstəkləyib.

Prezidentlik dövründən sonra siyasi səhnədən uzaqlaşan Korason Akino əvvəlki nüfuzunda qalıb. O, bir çox ölkələrin rəsmi mükafatlarına layiq görülüb, yerli və beynəlxalq tədbirlərə dəvət alıb.

2001-ci ildə Korason Akino mətbuata verdiyi açıqlamalarda onda xərçəng xəstəliyinin aşkar olunduğunu bildirib. Uzun illər xəstəliklə mübarizədə aparsa da, həkimlər sabiq prezidenti xilas edə bilməyiblər.

47081572_1249314472_1.jpg (288 KB)

Korason Akino 1avqust 2009-cu ildə vəfat edib. Onun dəfni izdihamla müşayiət olunub. Vəfatından bir il sonra isə sabiq prezidentin oğlu kiçik Beniqno Akimo Filippinin prezidenti seçilib. O, 2016-cı ilə qədər ölkəyə rəhbərlik edib.

İlham Cəmiloğlu, Musavat.com