Güclü maqnit fırtınası başlayır – XƏBƏRDARLIQ

141

2021-ci ilin fevral ayının ən güclü və ən uzun maqnit fırtınası bu həftəsonu Yer kürəsini əhatə edəcək və daha bir neçə gün davam edəcək.

Xarici media bildirir ki, proqnoza görə Günəş aktivliyinin böyüməsi fevralın 20-də başlayacaq və artıq bazar günü, ayın 21-də zirv nöqtəsinə çatacaq və G1 səviyyəsinin maqnit fırtınasına çevriləcək.

Növbəti iki gündə, fevralın 22 və 23-də geomaqnit vəziyyət tədricən azalacaq. Ayın 24-də Günəşin təsiri normallaşacaq.

Növbəti günlərdə Günəş artıq baharın başlanğıcına qədər fəaliyyəti ilə yer üzündə yaşayan insanları narahat etməyəcək.

Meteoroloji həssas insanlar Günəşin fəaliyyətinin proqnozunu bilməklə müəyyən dərəcədə maqnit fırtınalarının mənfi təsirlərindən qoruna biləcək və geomaqnit narahatlıqlar dövründə sağlamlıq vəziyyətinin pisləşməsinə hazır olacaqlar. \\Lent.az