Gop da olsa maraqlıdır: ABŞ “Bayraktar”lara qarşı mübarizədə Ermənistana kömək etmək istəyib

177

Ermənistanın Respublikaçılar partiyasının lideri Aram Sarkisyan maraqlı iddia irəli sürüb.

A.Sarkisyan 44 günlük müharibə əsnasında ABŞ-ın Türk və İsrail dronlarını zərərsizləşdirmək üçün Ermənistana silah vermək istəyibmiş.

Di gəl ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat araya girib və bu sövdələşmə alınmayıb.

“Müharibə əsnasında Ermənistan hökuməti ABŞ-dan Türk pilotsuz təyyarələri olan Bayraktarla mübarizədə kömək istədi, təəccüblü olaraq erməni səlahiyyətlilərinə, Vaşinqton kömək etmək və Amerika istehsalı olan texnologiyalarla təmin etməyi qəbul etdi.

Şifahi razılaşmadan sonra danışıqlar prosesi başladı, lakin o vaxt müharibə üçtərəfli bir bəyanatın imzalanması ilə başa çatdığından artıq gec idi”, – Sarkisyan belə deyib. \\Ovqat.com