Generalların təlimi başladı: Şoyqu əmri verdi

327

Rusiya müdafiə naziri Sergey Şoyqu fevralın 9-da Rusiya Baş Qərargahının Hərbi Akademiyasında Silahlı Qüvvələrin idarəçi tərkibinin toplantısını keçirib.

Axar.az xəbər verir ki, toplantıya Silahlı Qüvvələrin bütün növ bölmələrinin əsas hərbi rəisləri dəvət edilib. Budəfəki toplantıda generallar və admiralların strateji ikitərəfli komanda-qərargah hərbi oyunlarının iştirakçısı olacağı bildirilib.

Generalların təlimi 3 gün davam edəcək. Onlar hərbi konfliktlərdə müxtəlif növ qoşun qruplaşmalarının idarəetmə sistemini və müasir şəraitdə döyüş fəaliyyətlərinin aparılması qaydalarını analiz edəcəklər.

Şoyqu generallardan hərbi konfliktlərin və lokal savaşların xarakteri ilə bağlı proqnozlardan, eləcə də xarici ordularda yeni prinsiplər əsasında işləyən silahların peyda olması perspektivlərindən çıxış edərək fəaliyyətlərini qurmasını istəyib. O, həmçinin robotlaşdırılmış komplekslər, pilotsuz uçuş aparatları və avtomatlaşdırılmış idarəetmə sistemlərindən geniş şəkildə istifadə olunmasıyla bağlı generalların qarşısına hədəf qoyub.