Gəncə teatrının Nizami Gəncəvi irsinə YENİ ƏRMƏĞAN

816

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Nizami Gəncəvinin anadan olmasının 880 ili ilə əlaqədar olaraq dahi şairin “Xəmsə”sinin motivləri əsasında yeni kompozisiya hazırlayıb. Layihənin rəhbəri, Gəncə Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımovdur. Bu barədə məlumatı teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib. Onun sözlərinə görə “Bildiyiniz kimi möhtərəm prezidentimiz, cənab İlham Əliyev məlum 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” kimi elan edib. Uzun illərdir ki, Gəncə şəhərində fəaliyyət göstərən Nizami Poeziya Teatrının səhnəsində dahi şairin “Xəmsə”sinin motivləri əsasında səhnələşdirilmiş pyeslərin tamaşları hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub. Bu ənənə bu gün də uğurla davam edir”.
Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin “Yeni hazırlanan “Xəmsə” kompozisiyası Gəncə Dövlət Dram Teatrının Facebook sosial şəbəkəsində yayımlanıdığını bildirib. “Layihənin rejissoru Elşad Əhmədov, operatoru Samir Həsənov, montaj və səs rejissoru isə Yusif Cəfərovdur. Kompozisiyada əsas rolları Xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova, Əməkdar artistlər Novuz Cəfərov, Kəmalə Məmmədova, Elxan Abbasov, Sevda Orucova, Ramiz Vəliyev, aktyorlar Vasif İsmayılov, Vüsalə Səttarova, Samir Abbbasov, Mətləb Təhmazi, Nailə Əhmədova, Sevinc Hüseynova, Seymur Məmmədov, Zaur Əhmədov, Orxan Mirzəyev, Samir Rzayev, Mirheydər Seyidov, Elnur Mustafayev ifa edirlər.
Nizami irisinin təbliğ edilməsi istiqamətində bundan sonra da kollektivimiz yaradıcılıq imkanlarından daha geniş formada istifadə edəcəkdir. Belə ki, yaxın günlərdə teatrımızın gənc rejissoru Elşad Əhmədovun səhnələşdirdiyi və hazırlayacağı “Sirlər xəzinəsi” pyesinin məşqlərinə başlanacaq. Qısa zaman ərzində teatrsevərləri bu tamaşanın baxışına dəvət edəcik” – deyərək Anar Burcəliyev bildirib.

Mövzuya dair fotomateriallar: