FTX Rusiyadakı ən böyük müsəlman naşirini həbs etdi

42

Moskvada islam dininə aid kitabları dərc edən ən böyük nəşriyyatlardan biri “Umma”nın rəhbəri Aslambek Ejayev saxlanılıb.

Axar.az xəbər verir ki, həbsi Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirib. Onun evində axtarış zamanı terrorizmin maliyyələşdirilməsində istifadə edildiyi güman edilən bank kartları, informasiya ötürülməsi üçün texniki vasitələr, qadağan olunmuş ədəbiyyat, eləcə də ekstremist istiqamətli atributlar aşkarlanıb. FTX-nın ona qarşı İŞİD-i maliyyələşdirmək ittihamı irəli sürdüyü vurğulanıb.

“RİA Novosti” agentliyi isə Ejayevin Rusiyada terrorçuluğa görə axtarışda olan şəxslərə 34 milyon rubl köçürdüyünü bildirib. Bununla bərabər Ejayevin nəşriyyatının vəhhabiliyə aid kitabların nəşrini həyata keçirdiyi qeyd olunub.