“Fransadakı rus konsulluğunda olan oğurluqdan başqa kimin xəbəri var idi?” – Rus diplomatlarının “velosiped fırıldaqçılığı”nın üstü necə açıldı…

18
“Azadlıq radiosunun” verdiyi məlumata görə, Fransanın Avropa Şurasındakı daimi nümayəndəsi Mari Fontanelin əri və Strasburqun keçmiş vitse-burqomistri Alan Fontanel bildirib ki, onun bahalı elekrtik velosipedini oğurlayıblar və sonradan bu fransız şəhərindəki rus konsulluğunun əməkdaşları bu velosipedi elə onun özünə də satmağa çalışıblar.
Rusiyanın Strasburqdakı baş konsulluğunun nümayəndələri “TASS”a bildiriblər ki, “mülki şəxsə elektrik velosipedi satarkən” Fransa polisinin ələ keçirdiyi “konsulluğun texniki əməkdaşı” olan rusa rəsmilər tərəfindən ölkə üçində hərəkət məhdudiyyəti qoyulmadı, “səhhəti pisləşdiyi üçün” Fransanı tərk etdi. Velosiped oğrusunun və ya ən azı oğurluq malların satıcısının 40 yaşlarında konsulluq əməkdaşı rus olması xəbəri bütün Fransa və bir çox Rusiya mediasına yayıldı.
“Mülki şəxs” isə- Strasburqun keçmiş vitse-burqomistri və indiki şəhər hesablama palatasının bələdiyyə müşaviri Alan Fontaneldir. Mart ayının ilk günlərindən birində, Fontanel fransız firması “Mustache Bikes”in istehsal etdiyi yeni “Friday28.1” elektrik velosipedini Avropa Şurasının binasının yaxınlığında parkinqdə saxladı. Fransanı AŞ-da Emmanuel Macronun keçmiş müşaviri olan Alan Fontanelin həyat yoldaşı Marie Fontanel təmsil edir. Fontanel qayıtdığı zaman velosiped yox idi.
Strasburq Fransada “velosipedlərin paytaxtı” sayılır –çünki şəhər əhalisinin 280 min sakinin təxminən 300 min velosipedi var. Elə bu səbəbdən də şəhər velosiped oğurluğu xəbərlərində liderdir.
Oğrular zaman-zaman ələ keçirilir və ağır cəzalandırılır: məsələn, bu yaxınlarda, 19 martda, Strasburq yaxınlığında yerləşən Aqno qəsəbəsində 8 velosiped və skuter oğurluğuna görə iki gənc 4 ay həbs cəzasına məhkum edildi.
Parisin ətrafındakı Nanterre şəhərində, fevralda bir şəhər sakini, 2 il ərzində 19 velosiped oğurladığına görə 6 ay həbs cəzası aldı. Polisin Alan Fontanelin velosipedini oğurlamaqda şübhəli bilərək tutduğu şəxs, 24 saat sonra sərbəst buraxıldı və Fransanı tərk etdi.
Dərhal sonra polis onun həbs olunmasına dair qərar çıxardı, ardınca isə qiyabi məhkəmə prosesi keçirilə bilər. Polisin verdiyi məlumata görə, “texniki əməkdaş” (sürücü) bir il ərzində elanlar saytında 100 min avro dəyərində 300 velosiped satdı.
Fontanel, mülki geyimli polisin müşayiəti ilə öz velosipedini saytdakı elana görə “almaq” üçün gedəndə, rusiyalı tək deyildi, diplomatik pasporta malik olan konsulluq əməkdaşı da onunla idi. Bu konsulluq əməkdaşı tərcüməçi rolunda çıxış edirdi.
Mülki geyimli polis özünün kim olduğunu açıqladıqdan və veb saytında satılan digər velosipedlərin fotolarını ruslara saytdakı eyni hesabdan göstərdikdən sonra diplomat konsulluq ərazisindən başqa bir oğurlanmış velosiped çıxarıb ona verdi. Diplomatik toxunulmazlığı olduğu üçün tutulmadı.
Bu Rusiyanın Strasburqdakı konsulluğunun qalmaqala qarışdığı ilk hal deyil: iki il əvvəl, ABŞ və Avropa ölkələri Sergey və Yulia Skripalın zəhərlənməsi səbəbi ilə rus diplomatlarını qovan zaman, bu şəhərdəki Fransa da Rusiya konsulunu “Rus kəşfiyyatı ilə əməkdaşlığa görə” qovulmaq üçün seçilən dörd nəfər arasına saldı. Rusiya isə buna cavab olaraq dörd fransız diplomatını ölkədən çıxardı.
Tərcümə etdi: Ülviyyə Şükürova