Fransada silahlanmış erməni dəstəsi türk ailənin evinə vəhşicəsinə hücum etdi

144

Aralarında Qarabağ müharibəsində vuruşmuş erməni də olub

Hurriyyet.org xəbər verir ki, Fransada 40 nəfər ermənidən ibarət qrup silah, beysbol dəyənəkləri, bıçaq və dəmirlərlə türk ailənin evinə hücum edib. Vəhşiləşmiş ermənilər 4 nəfər türkü yaralayıblar. Hadisə Fransanın Sen-Dye-de Voj şəhərində baş verib.

Ailənin üzvlərindən biri olan M.A. 24 aprel tarixində bir erməninin A.Ç-nin oğlunun üzərinə avtomobil sürdüyünü, bundan sonra iki nəfər arasında münasişə baş verdiyini bildirib.

Bu hadisədən sonra ermənilərlə görüşüb-danışdıqlarını və sülh yarandığını güman elədiklərini söyləyən M.A. dünən 40 nəfərə yaxın ermənidən ibarət dəstənin onun xalası oğlu A.Ç.-nın ailəsinin evinə gedərək beysbol dəyənəyi, bıçaq və dəmirlərlə hücum elədiklərini söyləyib. M.A. ermənilərin əllərində silahların da olduğunu, 4 nəfər türkün yaralandığını, yaralılardan birinin kəllə sümüyünün çatladığını bildirib. 3 nəfər xəstəxanaya aparılıb, bir nəfər əməliyyat edilib.

Erməni dəstəsi dəhşətli hücumun baş verdiyi hadisə yerini tərk edərkən havaya atəş də açıb.

Erməni dəstənin içərisində ötən ilin payızında II Qarabağ müharibəsində iştirak etmiş Fransa vətəndaşının da olduğu bildirilir.