Fransada “AstraZeneca” peyvəndi vurulduqdan sonra ölən şəxsin ailəsi cinayət işi qaldırdı

150

Hurriyyet.org xəbər verir ki, Fransanın Ansi şəhərindəAstraZeneca peyvəndi vurulandan 11 gün sonra vəfat edən 63 yaşlı Joel Koşenin ailəsi məhkəməyə müraciət edib. Joel Koşenin qardaşı Jan-Lük Koşe qardaşının 7 mart tarixində peyvəndin birinci dozası vurulduqdan sonra  oynaqlarında şiddətli ağrı hiss elədiyini, ardından nəfəs almasında problem ortaya çıxdığını söyləyib. Jan-Lük Koşenin sözlərinə görə, qardaşının səhhəti getdikcə ağırlaşıb, Joel Koşe 17 mart tarixində xəstəxanaya çatdırılıb, 18 martda isə həyatını itirib. Jan-Lük Koşe həkimlər tərəfindən qardaşının qaraciyərində, böyrəklərində və beynində qanın laxtalanması qeydə alındığını söyləyib, qardaşının ölüm səbəbinin aşkar edilməsi üçün məhkəməyə müraciət elədiklərini bildirib. Koşe qanda laxtalanma meydana gəlməsinin səbəbinin peyvənd ola biləcəyini iddia edib.

Avropa Dərman Agentliyinin (EMA) əməkdaşı Marko KavaleriAstraZeneca Covid-19 peyvəndi ilə peyvənd vurulduqdan sonra meydana çıxan qan laxtalanması halları arasında əlaqə olduğunu bildirmişdi.