Fransa “demokratiyası”: Ərdoğanı təriflədi, məhkəməyə verildi

282

Fransada imam Fərid Slim adlı şəxs sosial media hesabında paylaşdığı “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COVID-19 epidemiyası böhranını Makrondan daha yaxşı idarə edir” ifadələrinə görə mühakimə olunub.

Axar.az xəbər verir ki, imam Slim Fransanı alçaltmaq, Fransa hökumətini devirməyə çalışmaq və terror təbliğatı aparmaq ittihamı ilə Paris Apelyasiya Məhkəməsində hakim qarşısına çıxarılıb.

Məhkəmədə iştirak edən ölkə prokuroru imamın evinin axtarışının qanunsuz olduğunu və qərarın ləğv edilməsini tələb edib.