FİFA transferlərdə yaş limitini dəyişir

27

Gənc futbolçuların transferi ilə bağlı yaş limiti dəyişdirilir.

Apasport.az saytının məlumatına görə, bunu Braziliya Futbol Konfederasiyasının prezidenti Rojerio Kabolko açıqlayıb.

O, A və B seriyası klubları ilə görüşündə bildirib ki, FİFA oyunçuların Avropa klublarına satışı və keçidi üçün yaş limitini 16-ya endirəcək. Hazırkı qaydalara əsasən 18 yaşadək oyunçular istisna hallarda azad agent və ya icarə yolu ilə ölkə xaricinə transfer oluna bilər.