Feministlərin qadın azadlığı tələbi, yoxsa fahişələrin üsyanı?

75

Cütlüyün erkək və ya dişi olmasından asılı olaraq, fünksiyaları və əmək bölgüsü instiktiv olaraq mövcuddur…

 Bir müddət əvvəl Bakıda dəbdə olan jarqonda “feminist” adlandırılan qadınların hətta polislə toqquşmaqdan belə çəkinmədikləri nümayişi baş verdi. «Nə istəsəm edərəm, mal mənimdir, kimə istəsəm verərəm», kimi şüarlar yazılmış plakatlar tutan qadınların bu tələblərlə «azadlıq» nümayişi nəinki Bakının, ümumiyyətlə Azərbaycan tarixində bir ilk, gözlənilməz hal olmaqla bərabər, cəmiyyətin ictimai şüur səviyyəsinə məhz bu forma və çərçivədə sığışa bilməyəcək bir hal olduğundan, həm mətbuatda həm də müxtəlif dairələrdə diskussiyalar mövzusuna çevrilib. İnsanların bir hissəsi onlara nifrət, bir hissəsi liberallıq nümayiş etdirir, mətbuatda isə bir çox jurnalistlər məsələnin mahiyyətinə, tarixinə, səbəblərinə çox da varmadan bu nümayişi “Soros”un və  sairlərinin ayağına yazmaqla onun siyasi məqsəd daşıdığını önə çəkirlər.

Sözsüz ki, məsələnin siyasi rəngi də var. Lakin məsələnin tarixi çox qədimlərdə, hadisənin kökü isə respublikanın iqtisadi-ictimai sisteminin özündə, mahiyyətindədir. Əvvəlcə onu qeyd edim ki, K.Marks dediyi kimi, rəsmi və qeyri rəsmi fahişəlik bəşər yarandığı gündən daim mövcud olmuşdur. Və bu heç kəs üçün təəccüblü bir məsələ deyil.

Azərbaycanda fahişəliyin inkişafına verilən ikinci böyük təkan bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə başlanır.

Belə ki, 1918-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra «proletar sevgi azadlığı» şüarı ilə nəinki tənha qadınlara və kişilərə hətta rəsmən kəbinli ər və arvada belə başqa qadın və kişi ilə heç bir məhdudiyyət olmadan cinsi əlaqədə olmaq hüququ verildi ki, bu da çox qısa bir zamanda Rusiyada ailə institutunun dayaqlarını əsaslı surətdə çökdürmüş oldu. Bununla yanaşı, bu «azadlıq» Rusiyada venerik xəstəliklərin və atasız uşaqların sayının baş alıb getmsinə səbəb oldu. Lenin öldükdən sonra Stalin bu fəlakətin fərqinə vararaq bu «azadlığı» ləğv edərək bu sahəyə ciddi qaydalar tətbiq olunmasına nail olsa da, bu «azadlığın» Rusiyanın həyat tərzinə hoparaq nəsildən-nəsilə ötürülməsi, əlavə olaraq bolşeviklərin «sosializm» adı ilə qurduqları Dövlət Quldarlığı quruluşunun kişilərilə birlikdə qadınları da Dövlətin quluna çevirərək müxtəlif sahələrdə kişilərlə bərabər əməyini vəhşicəsinə istismar etməsi qadınların ailəyə bağlılığını zəiflətməklə bərabər, qadınların da hələ erkən yaşlarından içki içməyə, siqaret çəkməyə vərdiş etdirilməsi kişi və qadınların ümumilikdə ailə qarşısında məsuliyyət hissini öldürməklə Rusiya əhalisinin bu günkü bərbad ailə münasibətlərinə gətirib çıxardığından, fahişəlik adi hala çevrilmişdir. Rusların 1920-ci ildə Azərbaycanı təkrar işğal etməsindən sonra ölkənin iri şəhərlərində kütləvi qırğınlar törətməklə, yeri əhalini kütləvi şəkildə həbs və sürgünlər vasitəsilə respublikadan uzaqlaşdıraraq onların yerində kütləvi şəkildə rus, erməni əhalinin yerləşdirilməsindən sonra 73 il eyni dövlət, şəhər və digər yaşayış məntəqələrində azərbaycanlılarla birgə yaşaması azərbaycanlıların ailə institutu çökdürə bilməsə də təsirsiz ötüşməyərək özünün dərin izini buraxmış oldu.

Lakin bütün bu neqativ hallarla birlikdə işğalçı bolşevik Rusiyasının bütün imperiya ərazisində əhalini, o cümlədən bütün türk respublikalarının əhalisinin, kişili-qadınlı kütləvi icbari təhsil və pulsuz tibbi xidmətin tətbiqi ilə yanaşı dini qurumların fəaliyyətini sərt məhdudlaşdırması Azərbaycan qadınlarını dini və feodal həyat tərzindən qopararaq müəyyən dərəcədə müasir şüur səviyyəsinin formalaşmasında mühüm rol oynamışdır. Lakin Azərbaycanda, bütövlükdə isə SSRİ-də dövlət quldarlığı quruluşu kişili-qadınlı vətəndaşların özünün və əməyinin iqtisadi və inzibati azadlığını dövlətin qulu çərçivəsində qandallaması səbəbindən vətəndaşlar, o cümlədən qadınların da azadlığı bu çərçivədən kənara çıxa bilməmişdir. Qədim peşə sahiblərinin üçüncü, əvvəlki dalğalardan daha güclüsü 1991-ci ildə SSRİ-nin dağılması anından başlanır. O zaman Kremlin milli respublikaları öz əsarəti və nəzarəti altında saxlamaq üçün bu respublikalarda milli zəmində hərbi münaqişələr yaradaraq bu münaqişələri bilavasitə idarə etməsi hamıya bəllidir. Qarabağda yaradılan hərbi münaqişədə on minə yaxın Azərbaycanlının, əsasən cavan kişilərin öldürülməsi, Kremlin hörümçək toru kimi bütün istehsal vahidlərinin fəaliyyətinin birbaşa və ya dolayısı ilə Rusiyaya başlanğıcından bağlılığını təmin etdiyindən bu əlaqələr qırılaraq respublika iqtisadiyyatının çökməsi, işsizliyin son həddə çatması, SSRİ dönəmində əhalinin doxsan faizinindən çoxunun aylıq əmək haqqı ilə dolandığı və bu mənbənin də kəsilməsi səbəbindən ölkədə əhalinin mütləq əksəriyyətinin bütün iqtisdai-ictimai istiqamətlərdə şok vəziyyətinə düşmüş oldu. Ermənistandan qovulan və Dağlıq Qarabağ, həmçinin Aran Qarabağın rus-erməni hərbi birlikləri tərəfindən işğal edilərək qovulan bir milyon qaçqın və köçkün əhalisi əsasən paytaxt Bakıya və respublikanın iri şəhərlərə sığınması, Kremlin Bakıda törətdiyi «20 Yanvar», ermənilərlə rusların Xocalıda törətdikləri qətliam azmış kimi, Azərbaycanda bir neçə qrupun hakimiyyət uğrunda çox kəskin mübarizəsi və onların ölkə ərazisində təşkil etdikləri separatist hərəkatlar ölkəni demək olar ki, diz çökdürmüş oldu.

Kişilərin əksər hissəsi özünün və ailəsinin mövcudluğunu təmin etmək məqsədilə, kimsə ailə üzvlərilə birlikdə, kimsə tək Rusiyaya, Türkiyəyə və s. ölkələrə üz tutmağa məcbur oldu. Bu illərdə Azərbaycanda peşəkar fahişəliyin çox kəskin surətdə artması ölkə daxilində, eləcə də Türkiyə, Dubay və s. ölkələrdə fahişəlik etməklə özünün və kiçik yaşlı, müxtəlif səbəblərdən ata himayəsindən məhrum olan uşaqlarının mövcudluğunu təmin etməyə MƏCBUR OLAN qadınların sayı Azərbaycan miqyaslı ölkə üçün çox astronomik həddə çatdı. Ölkədə vəziyyət bir qədər sabitləşdikdən sonra bu kontingentin sayının azalmaqdansa artmasının da bir neçə özəl səbəbləri var. Bunun əsas səbəbi «müstəqillik» qazanandan sonra ölkədə çox mürtəce quruluşun qurulması oldu. Belə ki, dövlət piramidasında oturan bütün məmurlara, onların yaxınlarına və onlarla iş birliyində olanlara onsuz da mürtəce və deklarativ olan qanunları istədikləri kimi tapdalama hüququ və cəzasızlıq şəraiti yaradılması, digər tərəfdən isə sadə vətəndaşlara qarşı qanunsuzluq, dövlət yetkililərinin bilavasitə özlərinin sifarişi, təşkilatçılığı, göstərişi, hətta yazılı əmrləri ilə həyata keçirilən irimiqyaslı iqtisadi, kriminal cinayətlərə bir kəlmə ilə belə etiraz edənlərə qarşı amansız terror tətbiq edildiyi halda məcburiyyət qarşısında xırda oğurluqla mövcudluğunu təmin edənlərin o qədər də az olmayan müddətlərə azadlıqdan məhrum edilməsi, hakimiyyət yetkililərinin böyük cinayətlərini ört-basdır etmək məqsədilə günahsız insanlara işgəncə verməklə öldürmək, uzun müddətlərə azadlıqdan məhrum etməklə respublikanın maliyyə resurslarını qarət edib xaricə daşıyaraq xarici ölkələrdə özlərinə «imperiyalar» quranlar və onların yaxınlarına məxsus olan iaşə və s. müəssisələrindən həm də fahişəxana kimi istifadə edilməsi, məcburiyyət qarşısında bu yola düşərək artıq peşəkarlara çevrilmiş «ən qədim peşə sahiblərin» artıq bu müəssisələrdə təşkilatçı olaraq işləyərək yeni «kadr» hazırlığı ilə məşğul olmaları ölkədə xaos vəziyyəti yaratdı. «Ən qədim peşə sahiblərinin» istehsalı «aşağıdan» tam gücü ilə işləməsilə bitmədi. Dövlət piramidasının yuxarı pillələrində oturanların yağ-bal içərisində saxladığı, bahalı villalar, maşınlar, nəhayət yüksək gəlir gətirən obyekt və s. ilə təmin edilən bu sahənin «generalları» vasitəsilə televiziyada faktiki olaraq yaltaqlığı, fahişəliyi təbliğ edənlərin durmadan cəmiyyətin əxlaqi dəyərlərini dara çəkməsi, xüsusilə hələ həyatı dərinliyinə qədər dərk etməyən, asan yolla pul qazanmaq həvəskarlarını bu işlərlə cəlb edən mexanizmlər cəmiyyətin normal mizan-tərəzisinə böyük zərbə vurmaqla onun müqavimət qabiliyyətini öldürməkdədir. F.Engels «Anti-Dürinq» əsərində (səh.355) yazır ki, – «Köləlik üzərində qurulan hər bir istehsal və onun üzərində qurulan hər bir cəmiyyət həmin ziddiyyət üzündən məhv olur». Məlumdur ki, bütün dövlətlərdə və həmişə dövlətin məxfi orqanları, hüquq mühafizə orqanları daim öz himayəsində bu kateqoriyadan olan qadınlar saxlayaraq öz şəxsi istehlak tələblərini ödəməklə yanaşı, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsində də onlardan aktiv istifadə etmişlər və bu gün də istifadə edirlər.

Bundan başqa Rusiyada II Yekaterinanın əxlaqsızlığının dünyada məşhur olduğu, Roma Papası Aleksandr VI Borciyanın bütün ailə üzvləri və yaxınlarının katoliklər aləmində qətllər də daxil olmaqla kriminal cinayətlər, satqınlıq, mənəvi əxlaqsızlığın bütün formalarında böyük miqyaslı günah sahibləri olduğu məlumdur. Hətta dünyada islam dininin himayədarı və bayraqdarı olmaq iddiasında olan İran İslam Respublikasının banisi, imam rütbəsinə yüksəldilən ayətullah Ruhulla Homeyni özünün dörd cilidlik qəzəllər külliyyatında bir çox qəzəllərdə K.Marksın, – «Din xalq üçün tiryəkdir» fikrini təsdiqləyirsə, özünün meyxanələr düşkünü olduğunu etiraf edirsə, hər hansı bir cəmiyyətdə ən yüksək rütbə və vəzifə sahiblərinin belə «müqəddəs» olduğunu iddia etmək gülünc olardı. Azərbaycan da dünyanın bir parçası olaraq xüsusilə mövcud rejim şəraitində bu məsələdə də istisna deyil.

(Ardı var)

Şapur QASİMİ