Federasiya azarkeşlərlə bağlı qərarını LƏĞV ETDİ

21

Martın 30-da Türkiyə və Latviya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyununa azarkeş buraxılmayacaq.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Tibb Komitəsi qərar qəbul edib. COVID-19 pandemiyası dövründə riskli addımların atılması və azarkeşlərin bir yerə toplaşmasının ciddi fəsadlara yol açacağı qənaətinə gəlinib.

Qeyd edək ki, Tütkiyə – Latviya matçı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Dünən TFF tribunaların 15 faizinə azarkeşlərin buraxılacağını açıqlamışdı. \\Modern.az